Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlı dizaynerin dəfiləsi “Fashion” TV-də – FOTO + VİDEO
Tanınmış azərbaycanlı dizayner Rüfət İsmayıl Beyrutun paytaxtı Livanda keçirilən dəb həftəsində 2018/2019 payız-qış kolleksiyasını təqdim edib.
Oxu.Az xəbər verir ki, “Afffair” brendinin yaradıcısı olan Rüfət İsmayılın yeni kolleksiyası “Obsession” adlanır.
Həmyerlimizin dəb nümayişi Livanın beşulduzlu hotellərindən olan “Four Seasons”da baş tutub.
Rüfətin kolleksiyasından olan geyimləri 27 model nümayiş etdirib. Kolleksiya Türkiyənin top modeli olan Günay Musayevanın çıxışı ilə tamamlanıb.
Rüfət İsmayıl yeganə azərbaycanlı dizayner olub ki, onun dəfiləsi “Fashion TV” vasitəsilə bütün dünyaya canlı olaraq yayımlanıb.
Bu, Azərbaycan tarixində bir ilkdir.
Həmyerlimizin uğurları bununla da yekunlaşmır.
Türkiyədə yaşayan dizayner qardaş ölkədə “Türkiyənin ən yaxşı dizayneri” mükafatına layiq görülüb.
Qeyd edək ki, Rüfət İsmayıl Azərbaycanı və Türkiyəni Milanda təmsil edən dizayner kimi tarixə düşmüş ilk və yeganə şəxsdir.
Rüfətin kolleksiyaları isə Milanla yanaşı, Florensiya, Dubay, Tehranda və bir sıra ölkələrin dəb həftələrində yüksək səviyyədə nümayiş olunub.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər