Müğənni Rəna Xudiyeva qarlı havada çəkdirdiyi açıq-saçıq geyimli fotoları ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, ifaçı sözügedən fotoşəkillərini sosial şəbəkədə paylaşıb. Bu hərəkətinə görə onun cəsarətli və kompleksiz olduğunu söyləyənlərlə yanaşı, tənqid edənlər də olub.
Qeyd edək ki, Xudiyeva Rəna Xankişi qızı 1972-ci il iyunun 9-da Xocalıda anadan olub. 1981-ci ildə orta məktəbə, 1986-cı ildə Ağdam şəhər Xan Şuşinski adına orta musiqi məktəbinin xanəndəlik şöbəsinə qəbul olunub. 1991-ci ildə həm orta, həm də musiqi məktəbini bitirib. 1994-cü ildə Bakı şəhər Əhməd Cavad adına texnikuma daxil olub.
A.S.
www.oxu.az