Yerli ulduzlar dünyaca məşhur müğənni Alabina ilə birgə görüntülənib.
Oxu.Az-ın məlumatına görə, Rusiyada baş tutan toy məclislərinin birində Alabina ilə birlikdə müğənnilər Rəqsanə İsmayılova, Xəyyam Nisanov və skripkaçı Ceyhun da iştirak edib.
Məşhurlar fotolarını İnstaqram səhifəsində paylaşıblar.
Xatırladaq ki, Alabina 2007-ci ildə Bakıda “Yaşıl teatr”da konsert proqramı ilə çıxış etmişdi.
Aytən Sadıqzadə
www.oxu.az