Türkiyənin məşhur aktyoru Burak Özçivit “Instagram stories”də azərbaycanlılara müraciət edib.
Oxu.Az xəbər verir ki, aktyor paylaşımında “Bakı, sizin üçün darıxmışam. İki ildir görüşmürük. Söz verdiyim kimi, bu həftə sizinlə görüşə gələcəyəm” sözlərini söyləyib.
B.Özçivit digər həmkarları ilə birlikdə noyabr ayının 30-da Bakıda “Kardeşim Benim - 2” filminin qala gecəsində iştirak edəcək.
Xatırladaq ki, ötən ilin fevralında Bakıda təşkil edilən “Kardeşim benim” filminin qala gecəsində Burak Özçivit və Aslı Enver pərəstişkarları tərəfindən izdihamla qarşılanıb.
A.S.
www.oxu.az