Türkiyəli məşhur aktrisa, model, aparıcı Çağla Şikel övladlarının xaricdə təhsil almasını istəyir.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərə və İsveçrədəki məktəbləri araşdıran model, uşaqlarıyla birlikdə bir müddət xaricdə yaşayacağını söyləyib.
Qeyd edək ki, Çağla Şikel tanınmış pop ifaçısı Emre Altuğ ilə 2008-ci ildə ailə həyatı qurub. Cütlük 12 yanvar 2015-ci ildə boşanıb. İki oğul övladları var.
A.S.
www.oxu.az