Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cennifer Lopes Ben Afflekə həsr etdiyi tatunu silib?
Amerikalı müğənni və aktrisa Cennifer Lopes öz əri, hazırda boşanma prosesində olduğu aktyor Ben Afflekə həsr etdiyi döymədən qurtulub.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
55 yaşlı J.Lo Toronto Film Festivalında qırmızı xalça üzərinə çıxıb və burada "Untamed" filmini təqdim edib. Bu görünüş üçün o, kənarlarında dərin yarıqlı uzun paltar seçib.
Jurnalistlər bu kəsiklər sayəsində ulduzun bədənində həmin döymənin olmadığını görüblər. Lopesin tatunu sildiyi, yoxsa makiyajla örtdüyü məlum deyil.
Lopes və Afflek 14 fevral 2023-cü ildə birgə olduqlarına həsr edilən döymələr etdiriblər.
Avqustun 20-də Cennifer Lopesin Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə məlumatlar ortaya çıxıb. Pop müğənnisi ayrılığa səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib.
"Cennifer Lopes" teqi üzrə xəbərlər
- 55 yaşlı Cennifer Lopesin cavan qalmasının SİRRİ üzə çıxdı
- Cennifer Lopesin dekolte geyimi diqqət çəkdi
- Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi
- Reper Diddinin dostları yanğınlardan zərər çəkməyiblər: Təsadüf, yoxsa dəlil?
- Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib