ATV-də yayımlanan “Çox gəzən bilər” verilişinin aparıcıları Mirsəməd Cəfərli və Fərid Rəsul Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb.
Oxu.Az xəbər verir ki, teleaparıclar bu dəfə BƏƏ-nin tanınmış şəhərlərinin tanınmayan tərəflərini tamaşaçılara təqdim edəcəklər.
Ən günəşli şəhər Dubayın ekstrim dolu səyahətindən xəbər tutmaq, tarixlə dolu məkanları kəşf etmək istəyənlər proqrama 2 mart saat 23:00-da baxa bilərlər.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az