“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı verilişə rəng qatıb.
Belə ki, nənələr “Ay lolo” mahnısının sözlərini dəyişərək verilişin gözəl siması - Dadaş Dadaşlinskinin katibəsi Lyubaya mahnı həsr ediblər. Nənələrin ifasının sədaları altında Lyuba rəqs edib.
Sonra D.Dadaşlinski ilə telefonla danışan Lyuba vəziyyətin pis olduğunu deyib:
“Vəziyyət çox kritikdir. Nənələrin sayı çoxalıb, otağıma sığmırlar. Olar sizin otağınıza da keçək?”
Proqramın aparıcısı isə Lyubaya etirazını bildirib:
“Yox, Lyuba, olmaz. Mən sənin bu təşəbbüsünü başa düşürəm, amma otağıma qonaqlar gəlir. Biz daha vacib məsələləri müzakirə edirik. Belə şey olar?”
Lyuba isə “Dadaş müəllim qonaqlar nənələrdən vacibdir ki? Nənələr bizim sərvətimizdir” - deyərək D.Dadaşlinskini bu mövzuda yumşaldıb.
Rəşad Əliyev