Dekabrın 23-ü beşinci “The First 2013” mükafatlandırma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, saat 18:00-da başlayacaq mərasimdə məşhur “Kaybolan yıllar” serialının baş rol ifaçısı Saruhan Hunel də iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında “O Səs Türkiyə”nin finalçılarından olan və “İsyan” mahnısı ilə sevilən Ayda Moşarraf da olacaq. Eyni zamanda, tədbirə əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar da qatılacaq.
Qeyd edək ki, ötən illərdə keçirilən “The First” mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazit Öztürk, aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Soner Sarıkabadayı, Selami Şahin təşrif buyurmuşdu.
Aytən Sadıqzadə
www.oxu.az