Dünyanın ən yaraşıqlı məhbusu kimi tanınan Ceremi Miks Milan Moda Həftəsində podiuma çıxıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu dəfə də dəfiləni seyr etməyə gələnlər arasında maraqla qarşılanıb.
Xatırladaq ki, C.Miks evində qanunsuz silah saxladığı üçün 2014-cü ildə 27 ay müddətinə azadlıqdan məhrum olunub. Koliforniya polisinin sosial şəbəkədəki rəsmi hesabında onun fotoşəkli paylaşıldıqdan sonra izləyicilər və media nümayəndləri arasında dünyanın ən yaraşıqlı məhbusu kimi populyarlıq qazanmağa başlayıb. Azadlığa çıxdıqdan sonra bir çox moda nümayişlərində podiumda yer alıb.
A.S.
www.oxu.az