Məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov ABŞ prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Emin bu barədə özünün İnstagram səhifəsində yazıb.
“The sky is the limit! Congratulations Mr. President!” (Səma sondur! Təbriklər, cənab Prezident!”) - yazıda qeyd olunur.
Xatırladaq ki, Emin Ağalarov və atası Araz Ağalarovun Donald Trampla şəxsi münasibətləri yaranıb. 2013-cü ildə Ağalarovların təklifi ilə Donald Tramp o vaxt sahibi olduğu “Dünya Gözəli” müsabiqəsini Moskvada, “Crocus Expo”da keçirib. Bu müsabiqədən Tramp yaxşı gəlir götürüb. Daha sonra Emin və Araz Ağalarovlar Trampın Nyu-Yorkdakı evində onun qonağı olublar.
Qeyd edək ki, D.Tramp hətta Eminin 2013-cü ildə çəkdirdiyi “In another life” klipində də rol alıb.
S.B.
www.oxu.az