Məşhur müğənni-bəstəkar, “Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidenti Emin Ağalarov növbəti maraqlı videosunu sosial şəbəkədə paylaşıb.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, müğənni “Instagram” səhifəsində Bakıda keçirdiyi tətilinə dair şəkillər paylaşıb. Emin Ağalarov uşaqları və dostları ilə istirahət edib.
Musiqiçi dostları ilə saunaya gedib, futbol oynayıb, ən əsası isə əkiz oğulları Əli və Mikayıl, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü Əminə ilə şən vaxt keçirib.
A.M.
www.oxu.az