Ukraynanın Xalq artisti, “Eurovision - 2004” mahnı müsabiqəsinin qalibi Ruslana Lıjiçkonun Kiyevdəki evinə ildırım düşüb.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb.
Müğənni bildirib ki, mənzilin konstruksiyası yanıb və elektrik enerjisi sıradan çıxıb. O, eyni zamanda, ziyan dəymiş evinin fotoşəkillərini də yayımlayıb.
A.S.
www.oxu.az