Danimarkanın İctimai kanalı “DR” may ayında “B&W Hallerne” adlanan məkanda baş tutacaq “Eurovision 2014”-ün keçiriləcəyi səhnədə “Green Room”un arenaya yaxın qurulacağını bildirib.
Oxu.Az itv.az-a istinadən xəbər verir ki, ilk dəfə “Green Room”un səhnə arxasında deyil, məhz tamaşaçıların əyləşdiyi zalda qurulması Azərbaycanda keçirilən 57-ci “Eurovision” manhı müsabiqəsi zamanı “Bakı Kristal Zal”ın arenasında reallaşıb. Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb.
Bu il “Eurovision”a ev sahibliyi edəcək Kopenhagen də məhz “Bakı Kristal Zal”ın səhnə nümunəsindən istifadə edəcək. Bununla əlaqədar “Eurovision” tv-yə müsahibə verən Danimarkanın DR kanalının şou prodüseri Jan Lagermand Lundme düşüncələrini belə izah edib.
““Green Room” bir daha yenidən arena daxilində yerləşdiriləcək”.
Rifşelyon arenasından milyonlarla Avropa tamaşaçısına yayımlanan şou zamanı “Green Room” oturacaqları insanlara “dənizdə bir ada kimi” görünəcək.
“DR” müsabiqənin yüksək səviyyədə keçməsi üçün alternativ variantlar axtarışındadır.
“Green Room”un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması, şounu izləyicilər və ifaçılar üçün daha da yaddaqalan edəcək. “Eurovision” Mahnı Müsabiqəsində təmsilçilər və fanlar bir-birlərinə çox yaxın olacaqlar.
Beləliklə, bir neçə ay davam edəcək gərgin iş sayəsində möhtəşəm şou sizi gözləyir.