Sevilən ifaçı Günay İbrahimli yaza damğasını vuracaq “Sevgi budur” adlı mahnısını rəsmi YouTube kanalında sevənlərinə təqdim edib.
Oxu.Az xəbər verir ki, sözləri Telli Orucqızına, musiqisi bəstəkar-müğənni Elvin Abdullayevə məxsus mahnını Günay, Gürcüstanda aranjemançı Barekoya etibar edib.
Oxu.Az-a açıqlama verən ifaçı qeyd edib ki, bu mahnı müğənninin bu yaxınlarda işıq üzü görəcək albomunda yer alacaq.
Aytən Sadıqzadə