Xalq artisti İlhamə Quliyeva müğənni Azəri Günel Zeynalovanın başına tac qoymasına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, Günelin “Onlar” verilişinə açıqlamasında “Bala kraliça gəlir. İlhamə xanım bunu dəyərləndirib, mənə cavab versin” deməsi üçtaclı primadonnanın qəzəbinə səbəb olub.
İ.Quliyeva G.Zeynalovaya belə cavab verib:
“Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. Şıltaqlığı getsin evində etsin, mənim üçün yox”.