İranın paytaxtı Tehranın yoxsul səmtlərindən birində dünyaya gələn fitnes məşqçisi Hoda Carrah ətrafdakı insanların təzyiqlərinə baxmayaraq, iki ildir bikini ilə təşkil edilən müsabiqələrə qatılır və buna görə ölkədə sərt tənqid olunur.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 37 yaşlı qadın 2015-ci ildən ağır atletika idman növü ilə məşğul olduğu üçün sosial şəbəkə istifadəçiləri tərəfindən mütəmadi olaraq təhqir olunduğunu söyləyir.
“Uşaqlıqdan Arnold Şvartsneggerin pərəstişkarıyam. Ona olan heyranlığıma görə bu idman növü ilə məşğul olmağa başladım. Buna ilk qarşı çıxan insanlardan biri atam oldu. O, həyat yoldaşımın məni boşacayağını düşünürdü. Lakin insan öz amalı və istəyi uğrunda sonadək mübarizə aparırsa, arzusuna gec-tez nail olur”, - deyə o bildirib.
A.S.
www.oxu.az