Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yorğunluğunu Bodrumda çıxarır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, aktyorluqla yanaşı model kimi də özünü göstərməyi bacaran Kıvanç “Kurd Said və Şura” serialının çəkilişləri bitər-bitməz sevgilisi ilə Bodruma yollanıb.
Cütlük ilk olaraq nahar edib, daha sonra isə dənizə giriblər. Bir saata yaxın dənizdə çimən sevgililər öpüşərkən kameralara görüntüləniblər. Onları görüntüləyən paparazzilərdən xəbərsiz olan cütlük daha sonra günəş vannası qəbul ediblər. Bol-bol söhbət edən Kıvanç və stilist sevgilisi Başak digərlərinin də diqqətini çəkib.
Sevgiləri ilə hər kəsə meydan oxuyan cütlüyün yeni fotolarını sizə təqdim edirik: