“Eurovision - 2014”-ün qalibi, avstriyalı müğənni Konçita Vürst məşhurlaşdığı “saqqallı qadın” obrazından imtina edir.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ifaçı bu barədə Sankt-Peterburqda təşkil olunan “Çiyin çiyinə” adlı LGBT festivalında məlumat verib.
O, karyerasında və xarici görünüşündə dəyişiklik etməyi planlaşdırır. İfaçı ikinci albom üzərində işlədiyini və yeni obrazda qastrol səfərinə çıxmaq istədiyini bildirib.
A.S.
www.oxu.az