Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı müğənni, bəstəkar, iş adamı Emin Ağalarov Moskvanın məşhur restoranlarından birində 37 yaşını qeyd edib.
Oxu.Az xəbər verir ki, Ağalarov “Krokus Siti Holl”da səhnəyə çıxaraq konsert verib. O, Ani Lorak və Polina Qaqarina ilə duet oxuyub.
Gecədə Stivin Seqal, Filipp Kirkorov, Timati, Andrey Malaxov və başqaları iştirak ediblər.
Məşhur qonaqlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da yer alıb. Rusiyalı müğənni Katya Lel onunla birgə fotoşəkilini sosial şəbəkədə paylaşıb.

A.S.
www.oxu.az