Rusiyada polis miqrasiya rejimini pozmaqda ittiham olunan azərbaycanlı prodüser Anar Raibandı saxlayıb.
O Rusiyadan deportasiya edilə bilər, çünki ölkəyə turist kimi gəlib, amma təşkilati fəaliyyətlə məşğul olub.
Qeyd edək ki, Anar Raiband “Rammstein” alman rok-qrupunun solisti Till Lindemannın prodüseridir. Rusiyada hüquq-mühafizə orqanlarının nümayəndələri Lindemanna koronavirus səbəbiylə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlərə riayət edilməsinin vacibliyi barədə xəbərdarlıq ediblər.
Anar Raiband barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 2-ci hissəsinin pozulması ilə bağlı protokol tərtib edilib.
Mənbə: “İnterfax”