Hollivud ulduzu Lindsi Lohan Londonun Hitrou hava limanında şübhəli şəxs qismində saxlanılıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, aktrisa başına örpək bağladığı üçün əlavə yoxlamadan keçməli olub.
İstanbuldan gələn Lohan Londondan keçməklə Nyu-Yorka gedirmiş.
Aktrisanın sözlərinə görə, o, Türkiyə şəhərində yerli adət-ənənələrə hörmət əlaməti olaraq başına örpək bağlayıb və kənardakıların diqqətini cəlb etməmək üçün onu çıxartmamaq qərarına gəlib.
A.S.
www.oxu.az