Müğənni Mehin Hümbətova köhnə mahnılardan birinə yeni nəfəs verib.
Oxu.Az xəbər verir ki, ifaçı “Nədən oldu?” adlı sevilən, qədim mahnılarımızdan birini “cover” versiyada təqdim edib.
Xatırladırıq ki, mahnının musiqisi Şəfiqə Məmmədovaya, sözləri Bəxtiyar Vahabzadəyə məxsusdur.
Bu mahnını Zeynəb Xanlarova, Rübabə Muradova, Sahib İbrahimov və başqalarının ifasında dönə-dönə dinləmisiniz.
Mahnını bu dəfə isə yeni aranjimanda gənc müğənni Mehinin ifasında dinləyin.
Aytən Sadıqzadə
www.oxu.az