Amerikalı aktyor Şaya LaBaf Nyu-Yorkda ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etiraz aksiyası zamanı həbs edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, aktyor özünün təşkil etdiyi “O bizi ayıra bilməyəcək” səhnəciyində iştirak edərkən və baş verən hadisələri onlayn yayımlayarkən naməlum şəxs aksiyanı dayandırıb. Bundan sonra Ş.LaBaf onu vurub.
Qeyd edək ki, Şaya LaBaf prezident Donald Trampın andiçməsindən sonra dördillik tətil elan etdiyini açıqlayıb.
A.S.
www.oxu.az