Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhur mahnıların ifaçısı olan müğənni kişiyə çevrildi: "Bəlkə, belə rahat olaram"
Tanınmış türkiyəli müğənni, məşhur mahnıların ifaçısı olan Kalben "GQ Türkiye" jurnalının təşkil etdiyi nüfuzlu "GQ Men of the Year 2024"ün mükafatlandırma mərasimində diqqətçəkən üslubu ilə gündəm olub.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müğənni hər il böyük maraqla izlənilən və ilin ən önəmli hadisələrindən sayılan gecədə qırmızı xalıya kişi geyim tərzində və saxta bığ taxaraq çıxıb. O, dəvət olunduğu mərasimə niyə kişi paltarında gəldiyini də açıqlayıb.
Kalbenin sözlərinə görə, bununla qadınlara qarşı zorakılığa etirazını ifadə edib.
"Qadın olmağın bu günlərdə çətinliyini göstərmək üçün bir gün üçün kişi rolunu oynamaq istədim. Bəlkə belə özümü rahat hiss edərəm", - deyə Kalben bildirib.
Qeyd edək ki, hazırda populyarlığı ilə diqqət mərkəzində olan Kalben "Sadece", "Yara", "Düşünürüm", "İyi değilim ben", "Saçlar", "Haydi söyle", "Doya-doya" kimi tanınmış mahnıların ifaçısıdır.
"Türkiyə" teqi üzrə xəbərlər
- Hikmət Mirzəyev Türkiyə - Suriya sərhədində olub
- Türkiyədə dördmərtəbəli yaşayış binası çökdü: Dağıntılar altından iki nəfərin meyiti çıxarıldı
- Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı
- Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədində xidmətlərini dayandıracaqlar?
- Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir
Rəylər