Türkiyəli məşhur aktyor Berk Oktay bir müddətdir sevgili olduğu həmkarı Yıldız Çağrı Atiksoya evlilik təklif edib.
“Hə” cavabı alan aktyor sevincini “Instagram” hesabında pərəstişkarları ilə bölüşüb.
Bir il əvvəl keçmiş arvadı Mərvə Şarapçıoğlu ilə səs-küylü boşanan 38 yaşlı aktyor paylaşımına “Birlikdə yaşlanaqmı? Dedim, “hə” dedi”,- deyə qeyd edib.