Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün Novruz bayramı qeyd edilir.
Oxu.Az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.
Qeyd edək ki, bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29-da qədəm qoyacaq.
Novruz bayramı münasibətilə Azərbaycanın tanınmış simaları və onların övladları ilə hazırladığımız fotosessiyanı təqdim edirik.
Lalə Azərtaş - “ATV Xəbər”in aparıcısı. 2015-ci “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Teleaparıcı qızları ilə.

Gülarə - 11 yaş.

Solmaz - 8 yaş.














Aysel Nazim - “Space” televiziyasında hava xəbərlərinin aparıcısı. Bir neçə yerli serialda və türkiyəli müğənni Barış Kömürcüoğlunun klipində rol alıb.

Teleaparıcı 7 yaşlı oğlu Hakan Efe Can ilə.












İlham Kərimli - Azərbaycan, hind və ərəb rəqslərin mahir ifaçısı, “Buta” rəqs ansamblının rəhbəri. Bir çox televiziya müsabiqələrində, o cümlədən “7-17”-də, “İstedadlar sorağında” qalib olub.

Rəqqas 6 yaşlı oğlu Yusif ilə.









Röya Əliyeva - Dövlət Rəqs Ansamblının solisti.

Rəqqasə 9 yaşlı qızı Məryəm ilə.





















Rəşad Əhmədov - taekvondoçu. 2 qat Dünya Çempionatının bürünc medalçısıdır. Azərbaycanı 2004 və 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.

İdmançı övladları ilə.


Ömər - 10 yaş.

Nuray - 7 yaş.









Mili geyimlərə görə rəqqas İlham Kərimliyə minnətdarlığımızı bildiririk. Əlaqə nömrəsi: (+99455) 255 17 12.
Məkanə görə “Fisincan” restoranının rəhbərliyi və kollektivinə təşəkkür edirik. Əlaqə nömrəsi: (+99470) 877 87 27.
Əziz oxucularımız, bayramınız mübarək!
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az