Avqustun 24-də ABŞ-ın Los-Anceles şəhərindəki "The Forum" arenasında "MTV Video Music Awards" mükafatlarının təntənəli təqdimat mərasimi keçirilib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, mərasimin açılışında Niki Minaj "Anaconda" mahnısını ifa edib, Teylor Svift isə "Shake İt Off" sinqli ilə retro-şounu nümayiş etdirib. Yaddaqalan anlarından biri Beyons və Cey-Zinin səhnədə qızları Blu İvlə birgə görünmələri olub. Gecənin sonunda ötən həftə faciəli şəkildə dünyasını dəyişmiş aktyor Robbin Uilyams da anılıb.
"MTV Video Music Awards" mükafatının nominantları bunlardır:
"İlin ən yaxşı videosu" - Miley Cyrus: Wrecking Ball
"Ən yaxşı kişi müğənni videosu" - Ed Sheeran ft. Pharrell Williams: Sing
"Ən yaxşı qadın müğənni videosu" - Katy Perry ft. Juicy J: Dark Horse
"Ən yaxşı pop videosu" - Ariana Grande ft. Iggy Azalea: Problem
"Ən yaxşı rok videosu" - Lorde: Royals
"İlin ən yaxşı hip-hop videosu" - Drake ft. Majid Jordan: Hold On (We're Going Home)
"Ən yaxşı duet" - Beyonce & Jay-Z: Drunk In Love
"Sosial mesajlı ən yaxşı video" - Beyoncé: Pretty Hurts
"Ən yaxşı lirik video" - 5 Seconds of Summer - Don't Stop
"Ən yaxşı operator işi" - Beyonce: Pretty Hurts
"Ən yaxşı video montaj" - Eminem Rap God
"Ən yaxşı xoreoqrafiya" - Sia: Chandelier
"Ən yaxşı rejissura" - DJ Snake & Lil Jon: Turn Down For What
"Ən yaxşı sənət rejissurası" - Arcade Fire: Reflektor
"Ən yaxşı vizual effektlər" - OK Go: The Writing's On the Wall