Müğənni Nigar Camal “Çağıran da ürəkdir” adlı mahnıya çəkilən yeni klipini sevənlərinin ixtiyarına verib.
Oxu.Az xəbər verir ki, ekran işinin rejissoru Fərhad Əlidir. Mahnının sözləri İsmayıl Əsədova, musiqisi Ramin Vəlibəyova aiddir.
Xatırladaq ki, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı “Running Scared” mahnısı ilə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq müsabiqənin qalibi olub.
Ölkəmiz buna görə 2012-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanıb.
Aytən Sadıqzadə
www.oxu.az