Pakistanın ən çox tanınan müğənnilərindən Amjad Sabri Karaçi avtomobilində ikən iki silahlı şəxs tərəfindən yaxın məsafədən açılan atəş nəticəsində dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu haqda xarici mətbuatda məqalələr dərc olunub.
5 güllə yarısı alan ifaçı xəstəxanaya çatdırılarkən yolda keçinib. Hadisənin təfərrüatları hələlik bilinmir.
Sabri Hindistan və Pakistandakı sufi cərəyanının musiqisi hesab edilən “Kavvali” tərzindəki mahnıları ilə şöhrət qazanmışdı.
Keçən il bir mahnısında Məhəmməd peyğəmbər (s.ə.s) və ailəsi haqqında bəhs etdiyi üçün Sabri barəsində “dinə təhqir” ittihamı ilə cinayət işi açılmışdı.
Başda Pakistanın baş naziri Navaz Şərif olmaqla digər siyasətçilər də silahlı hücumu kəskin şəkildə qınayıblar.
Qeyd edək ki, son zamanlar Pakistanda sufiliklə məşğul olanlara qarşı tez-tez kamikadze hücumları təşkil edilir.
Aytən Sadıqzadə
www.oxu.az