Bakıda müğənni Mehrim Məmmədovanın evindən oğurluq olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RePost.Az saytına müğənni özü məlumat verib.
O bildirib ki, oğurluq edən şəxsin onun prodüseri kimi işləyən Mehtiyeva Tamella Rövşən qızı olduğundan şübhələnir. Müğənninin sözlərinə əsasən, evindən 3 min AZN pul oğurlanıb.
Hadisə barədə polisə də məlumat verilib. Polisdə T. Mehtiyevanın bir müddət öncə kirayədə qaldığı İrina adlı qadının evini də oğurluq etdiyi məlum olub. Hazırda iş Nərimanov rayon məhkəməsində araşdırılır.
S.B.
www.oxu.az