Britaniyalı ssenarist və rejissor Qay Riçi “Twitter”də maraqlı paylaşım edib.
“Anadolu” Agentliyinin verdiyi məlumata görə, hazırda “Beş göz” filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib.
“Türkiyə sanki yeni bir kəşfdir: gözəl mətbəx, ölkə, hotellər və insanlar. İki aylıq çəkilişlərdən sonra bütün filmlərimi burada lentə almaq istərdim”, -deyə Riçi yazıb.
Xatırladaq ki, Q.Riçi “Revolver”, “Şerlok Holms”, “Kral Arturun qılıncı”, “Ələddin”, “Centlmenlər” kimi filmlərin rejissorudur. O, xeyli müddət müğənni Madonna ilə ailəli olub.
Turkey is something of a revelation: beautiful food, country, hotels and people. After two months of filming I’d like to shoot all my films here. pic.twitter.com/eNNYfdJjLl
— Guy Ritchie (@realguyritchie) March 17, 2021