ABŞ-ın Nyu-York şəhərində “Billboard Women in Music - 2016” mükafatlandırma mərasimi baş tutub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, möhtəşəm gecədə pop-ulduz Madonna, Keşa, Rita Ora, Zeyn Malik və başqaları iştirak ediblər.
Onlar qırmızı xalçada kameralara poza veriblər. Məşhurların mərasim üçün seçdiyi geyimlər sosial şəbəkədə tənqid olunub. Dəb məsləhətçiləri də ulduzların geyimlərinin uğursuz olduqlarını bildiriblər.
Mərasimdə iştirak edən Şanayan Tveyn, Madonna və Keşa xüsusi mükafata layiq görülüblər.
A.S.
www.oxu.az