Tayvanın paytaxtı Taybey şəhərində keçirilən “Queen of Brilliancy International - 2017” müsabiqəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, 9-28 fevral tarixlərində təşkil olunan yarışmanın qalibi Ekvadordan olan model Ena Cordova seçilib. İkinci yerdə Kuba, üçüncü yerdə Makedoniya təmsilçisi qərarlaşıb.
Müsabiqədə Azərbaycanı təmsil edən Nərmin Səfərova “Ən gözəl ziyafət geyimi” nominasiyasında 2-ci yerə layiq görülüb. Geyim tanınmış modelyer-dizayner Aygün Talıbovaya məxsusdur. O, 2014-cü ildə Rumıniyada keçirilən “Dress of the World” yarışmasının qalibi olub.
Aytən Sadıqzadə
www.oxu.az