Dünya şöhrətli Azərbaycan əsilli İran müğənnisi Ququşun payızda Gürcüstanın paytaxtında konserti baş tutacaq.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə “Instagram”da məlumat yayıb. O, sosial şəbəkədə tədbirin afişasının fotoşəklini paylaşıb. 67 yaşlı Ququşun konserti sentyabrın 3-də Tbilisidə İdman Sarayında olacaq.
A.S., S.S.