Azərbaycanlı rəqqasə Aytən Antalyada yaşamaq təklifi alıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, oriyental rəqqasə kimi səhnəyə gəlib fəalliyyətini müğənni kimi davam etdirən Aytən Türkiyədə işləmək təklifi alıb.
Qardaş ölkədə yaşamaq təklifi aldığını oxucularımızdan gizlətməyən rəqqasə qərar verməkdə çətinlik çəkir:
“Mən uzun illər Kiprdə yaşayıb işləmişəm. Ona görə də Antalya təklifi mənə yad olmadı. Buradakı dostlarım hər axşam səhnə alacağım məkanda qalıb işləməyimi istəyirlər.
Alacağım qonorarın məbləği də elə az deyil. Tək tərəddüdüm Bakıda işlərimin yarımçıq qalmasıdır.
Rejissor Nail Naiboğlu iki mahnıma klip çəkib. Hazırda montajdadır. Bakıya qayıdıb onları təqdim etmək fikrindəyəm. Antalyada yaşamaq təklifini qəbul edib-etməyəcəyimə də bundan sonra qərar verəcəyəm”.















www.oxu.az