Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi
Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, məşhuru axtaran məhkəmə icraçıları onun Sankt-Peterburqdakı mənzilinə kommunal işçilərinin buraxılmasını tələb edirlər.
Kommunal xidmət işçiləri müğənninin Soyuz Peçatnikov küçəsindəki mənzilinə girməyi planlaşdırırlar. Onlar evdə qeyri-qanuni tikinti prosesinin icra edilib-edilmədiyini yoxlamaq niyyətindədirlər.
Qeyd edilir ki, Sankt-Peterburqun Admiralteysk rayonu administrasiyası iki ilə yaxın idi bu qərarın qəbuluna nail olmağa çalışırdı.
Netrebko məhkəmənin tələbini yerinə yetirməyəcəyi halda hər ay 20 min rubl (400 manatdan çox) məbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşıdır.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiyada hərbi helikopter qəzaya uğradı
- Finlandiyada Rusiya sərhədi yaxınlığında beş min əsgərin iştirakı ilə hərbi təlimlər başlayıb
- ABŞ alimləri Rusiya ilə müharibə vəziyyətində nüvə qışının ssenarisini hazırlayıblar
- Rusiyalıların neçə faizi Putinə etibar edir? - Sorğu nəticələri açıqlandı
- Lavrov: "Sazişin imzalanması zamanı Zelenskinin legitimliyi prinsipial əhəmiyyət kəsb edəcək"