Rusiyanın “TNT” telekanalında yayımlanan rəqs müsabiqəsinin iştirakçısı Yelena Platonova Bakıda çəkilmiş videosunu izləyiciləri ilə bölüşüb.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, kadrlardan videonun yay aylarında çəkildiyi məlum olsa da, Platonova görüntüləri bu gün paylaşmaq qərarına gəlib. Görüntülərdə rəqqasə rəfiqəsi ilə birlikdə avtomobillə Bakı küçələrini gəzərək musiqi sədaları altında əylənib.
Qeyd edək ki, Yelena Platonova 4 yaşından rəqs fəaliyyəti ilə məşğuldur. Hazırda 33 yaşı olan rəqqasa “Ray” və “Angels show” rəqs qruplarının nəzdində dünya turlarına çıxır. Rəqqasə Rusiyada çox populyardır.
A.S.
www.oxu.az