Model Səbinə Allahverdiyeva hər kəsi təəccübləndirəcək qərar alıb.
Oxu.Az SİA-nın verdiyi xəbərə görə bildirir ki, Səbinə modellik işinə son qoyacaq:
“Mart ayından sonra modellik etməyəcəyəm. Bu sahədən birdəfəlik gedirəm. Bir müddətdir ki, vizajistliyi öyrənirdim. Yaxın vaxtlarda vizajist kimi fəaliyyətə başlamışam. Bu sahədə də işimi davam etdirəcəm”.
Qeyd edək ki, Səbinə eyni zamanda, aktrisa kimi də fəaliyyət göstərir.
![]()
![]()
![]()


