Türkiyəli müğənni Sərdar Ortaç qumar aludəçiliyindən əl çəkə bilmir.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfələrlə televiziya proqramlarından “Ən böyük peşmanlığım” deyən müğənni, Ramazan bayramı günlərində Kiprdə konsertdən sonra qaldığı otelin qumarxanasında oyuna qoşulub. Ötən illərdə Kıbrısda oteldə qumarda 450 min dollar uduzan Ortaç bu dəfə yarım saatda 10 min lirə (təxminən 4 min manat) uduzub.
Keçən aylarda 30 min lirə (təxminən 12 min manat) uduzan sənətçi iki il öncə “20 illik qumar həyatımda 50 milyon dollar itirdim, sonunda hamısını halal edib oynamağı tərgitdim” deyərək tövbə etdiyini açıqlamışdı.