“The best model of Azerbaijan 2010”-un qalibi, model Azər Atakişiyev nişanlısından ayrılıb.
Oxu.Az xəbər verir ki, Gecce.az-a açıqlama verən model bildirib ki, 5 ilə yaxın birlikdə olduğu nişanlısından ayrılıb:
“5 ilə yaxın tanıdığım, sevdiyim və sonralar nişanlandığım qızdan ayrıldım. Peşman da deyiləm”.
Atakişiyev nişanlısından qısqanclıq səbəbindən ayrıldığını da qeyd edib:
“Məni çox qısqanırdı. Mən modeləm. Görürsən bir yerə gedirəm, qızlar foto çəkdirmək istəyirdi və ya ətrafımda qız dostlarım var, onlarla görüşürdüm. Bütün bunlara nişanlım dözmürdü. Bu səbəbdən də ayrılmalı olduq”.