Dünya şöhrətli türkiyəli ifaçı Tarkanın həyatı film olacaq.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, müğənni 45 illik həyatının axışını özü ssenariləşdirəcək.

Müğənninin adı anasına o, yuxuda olarkən deyilib. Uşaq ikən qardaşı ilə at arabasının arxasından qaçıb və çox pis qəza keçirib.

Həkimlər bildirib ki, onun yaşaması möcüzə olardı. Lakin Tarkan həyatda qalmağı bacarıb.

Yaşadığı Almaniyada irqçiliyə məruz qalan Tarkan 15 yaşında atasının ürək xəstəliyinə görə, Türkiyəyə köçüb.
Pərviz Hüseyn
www.oxu.az