Sizə müğənni Günay İbrahimlinin Türkiyənin “TRT AVAZ” televiziyasında “Yeni gün” verilişində qonaq olması barədə xəbər vermişdik.
Oxu.Az Azad Azərbaycan televiziyasında yayımlanan “Onlar” verilişinə istinadla bildirir ki, proqramda Günayın Azərbaycan mahnısı ifa etməsinə mane olmağa çalışıblar.
“Mən Türkiyədə sevilən bir neçə mahnımızı ifa etmək istədim. “Ay qız”, “Bir könül sındırmışam” və s. mahnılarımızı orada əzbər bilirlər və sevirlər. Musiqiçilər mənə söylədi ki, biz həmin mahnıları bilmirik, ona görə də ifa edə bilmərik.
Mən başladım ifa etməyə və söylədim ki, indi məni müşayiət edin. Bundan sonra onlar o qədər gözəl ifa etməyə başladılar ki… Deməli, paxıllıqdan belə edirlərmiş.
Mən orada tək deyildim. Həmin verilişdə mənimlə birgə xanəndə Alim Qasımov və skripka ifaçısı Səlim Abbasov da iştirak edirdilər”.
Aytən Sadıqzadə
www.oxu.az