Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Türkiyəli müğənni İlyas Yalçıntaşın cəzası BƏLLİ OLDU](https://images.oxu.az/2025/02/13/2h8YbFSVr1AjViyankexUVAEUkHSN28ZdZYC8Cxf:1200.jpg)
Türkiyəli müğənni İlyas Yalçıntaşın cəzası BƏLLİ OLDU
Məşhur türkiyəli müğənni İlyas Yalçıntaş mesajlaşma tətbiqi vasitəsilə əcnəbi qadını təhqir etdiyi üçün məhkəmə tərəfindən ona pul cəzası təyin edilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, İ.Yalçıntaşın 2024-cü ilin yanvarında İstanbulda İranəsilli Məhsa adlı qadına təhqiramiz mesajlar göndərdiyi iddiası ilə mühakimə olunduğu məhkəmə işi yekunlaşıb.
İddiaçının vəkili Ali Kemal Atçeken müğənninin cəzalandırılmasını istəyib.
"İlyas Yalçıntaş tanınmış bir şəxs olduğu üçün cəmiyyətə nümunə olmalıdır. Bu hadisə sadəcə təhqir məsələsi deyil, həmçinin cəmiyyətdə qadına qarşı zorakılığın gəldiyi nöqtəni göstərir. Onun cəzalandırılmasını tələb edirik", - deyə o bildirib.
Müğənninin vəkili Talha Duman isə Yalçıntaşın buna məcbur qaldığını iddia edib.
"Əksinə, müvəkkilimin çarəsiz qaldığı hadisələr səbəbindən lazımi şikayət ərizələrimizi vermişdik. Müştərim ciddi şəkildə təhrik edilib və mənəvi böhran keçirib, başqa çarəsi qalmadığı üçün də sözügedən mesajları göndərib. Onun bəraət almasını tələb edirik", - deyə vəkil qeyd edib.
Nəticədə məhkəmə qərarını açıqlayıb və İlyas Yalçıntaş "Səsli, yazılı və ya görüntülü mesajla təhqir etmə" maddəsi üzrə 3 750 lirə (təxminən 177 manat) məbləğində cəzalandırılıb.
Rəylər