Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daha əvvəl saxlanılmış müğənni İlyas Yalçıntaş həbs edilib.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Bakırköy Baş Prokurorluğunun narkotik maddələrlə mübarizə istiqamətində apardığı araşdırmalar zamanı sənətçi, aktyor və iş adamlarının narkotik və stimullaşdırıcı vasitələrdən istifadə etdikləri, habelə narkotik maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün yer təmin etdikləri barədə sübutlar əldə olunub.
Eyni iş üzrə daha əvvəl saxlanılmış Ayşe Nur Balcı, Orhan Yıldız və Şefik Ömer Dolman da həbs ediliblər. Məhkəmənin qərarı ilə adıçəkilən şəxslərin hamısı həbsxanaya göndərilib.