Türkiyəli Mahmut Tuncerin qızı, pop ifaçısı Gizem Tuncerin avtomobili ilə motosiklet sürücüsünü vurması və saxta sənəd hazırlatması ilə bağlı üç ilə qədər həbsi tələb olunur.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, G.Tuncer, haqqında qaldırılan iddiadan sonra məhkəmədə ifadə verib.
“Motosiklet avtomobilimlə toqquşdu. Onu xəstəxanaya apardım. Həm xəstəxana, həm də motosikletinin xərclərini ödəməyə söz verdim. Qəza protokolu tərtib etdirib, evinə apardım. Buna baxmayaraq, məndən 5600 lirə istədi, ondan şikayətçiyəm”, - deyə o bildirib.
A.S.
www.oxu.az