Beynəlxalq UNICEF şirkətinin hər il keçirdiyi tədbirdə məşhurlar və ictimai xadimlər, xeyriyyəçilik ilə fəal məşğul olanlar mükafatlandırılır.



Oxu.Az xarici KİV-nə istinadən xəbər verir ki, “The Beverly Wilshire” otelində keçirilən mərasimin qonaqları bu il Devid Bekhem, Selena Qomes, Haydi Klum, Nikol Kidman, Pol Bettani və Cenifer Konnelli, Miranda Kerr və başqaları olub.



Gecənin xüsusi dəvət edilmiş qonağı müğənni Meraya Keri olub, o bir neçə hit mahnısını ifa edib.



“Leadership Award” fəxri humanitar mükafatını bu il Devid Bekhem alıb. Devid 7 qitədə 7 futbol matçında iştirak edərək proqramın işinə sanballı töhfə verib. O, Afrikanın Cibuti Respublikasında, Papua – Yeni Qvineyada və hətta Antarktida kimi yerlərdə topla çxış etməli olub.



Devid UNİSEF ilə müştərək “7” adı altında şəxsi xeyriyyə fondunu açıb.



“UNİSEF səfiri kimi on illik iş mənim bütün dünyada uşaqların təhlükə ilə üzləşdiyinə gözümü açdı. Fəxrlə qeyd edirəm ki, “7” fondu öz işinə başlayır”, -deyə Devid Facebook səhifəsində yazıb.



Məlumdur ki, fond qəddar münasibətin qurbanı olan və ya ciddi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edəcək. Fondun adına gəldikdə isə fond Bekhemin oyun nömrəsi şərəfinə belə adlandırılıb.




Aytən Sadıqzadə
www.oxu.az