Müğənni Vasif Məhərrəmli tədbirlərin birində yeni biznesindən danışıb.
Oxu.Az bu barədə axşam.az-a istinadla xəbər verir.
O bildirib ki, məşhur italyan brendinin Bakıda mağazasını açıb. Brendin adını gizli saxlayan V.Məhərrəmli qohumu ilə şərik olduğunu deyib:
“Qadın geyimi olan bir brendin Bakıda mağazasını açdım. Dəbdəbəli açılış etməyi lazım bilmədim. Bundan əvvəl bir neçə pərakəndə biznesim olub. Bu, mənim ilk ciddi işimdir”.
A.S.
www.oxu.az