Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vera Brejneva Bakıda konsert zamanı keçmiş ərinə müraciət etdi - FOTO/VİDEO
Məşhur rusiyalı müğənni, “VIA Qra” qrupunun keçmiş üzvü Vera Brejneva Bakıda verdiyi konsert zamanı səhnədən keçmiş ərinə müraciət edib.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
O, mahnılara görə Konstantin Meladzeyə təşəkkür edib.
“Təbii ki, bu mahnıların əksəriyyətinin müəllifinə, bu illər ərzində bu hitləri yaradana böyük təşəkkürümü bildirmək istəyirəm. Bu Konstantin Meladzedir, onsuz bu mahnılar sadəcə mövcud olmazdı”, - deyə ifaçı bildirib.
Vera Brejneva əlavə edib ki, onun bütün mahnıları sevgi və işıq haqqındadır.
Meladzenin adı çəkildikdən sonra tamaşaçılar gurultulu şəkildə alqışlayıblar.
Qeyd edək ki, bir müddət əvvəl Vera Brejneva və Konstantin Meladze boşanıblar. Ukraynalı ifaçı səkkiz il evli olduğu şəxsdən ayrılmağın onun ruhunda dərin yara buraxdığını deyib.
Xatırladaq ki, fevralın 21-də Heydər Əliyev Sarayında V.Brejnevanın konserti keçib. Tamaşaçılarla ünsiyyətdə olan müğənni sonuncu dəfə yeddi il əvvəl Bakıda böyük konsert proqramı ilə çıxış etdiyini və yenidən Azərbaycanın paytaxtına qayıtdığına, sevgisini, duyğularını bakılı tamaşaçılarla bölüşdüyünə görə xoşbəxt olduğunu qeyd edib. O, Azərbaycanı xüsusən həmişə günəşli havasına, dadlı yeməklərinə və mehriban insanlarına görə çox sevdiyini vurğulayıb.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
- Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol