Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yusif Eyvazovun keçmiş xanımı Anna Netrebko narkotiklə bağlı qalmaqallı etirafı ilə gündəm oldu
Azərbaycanın Xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Belə ki, 52 yaşlı opera müğənnisi Amsterdamda istirahət edərkən Rusiyada qadağan olunmuş, lakin Niderlandda leqallaşdırılmış narkotik maddələri ilk dəfə sınaqdan keçirdiyini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, o, təəssüratını "Instagram" hesabında video paylaşaraq izləyiciləri ilə bölüşüb.
O, narkotikin heç bir xoş hiss vermədiyini deyib.
"Sadəcə başım ağırlaşdı, hər şey yavaşladı. Heç bir hi-hi, heç bir ha-ha, heç bir yüngüllük. Bəs kayfı nədədir? Üstəlik vokal tellərimi də yandırdım. Şərab və ya tekila içmək daha yaxşıdır. Qısası, başa düşdüm ki, ot mənlik deyil", - deyə ifaçı etiraf edib.
Müğənninin pərəstişkarları onun davranışından narahatlıqlarını bildiriblər, çünki Anna təkcə narkotik maddələrdən istifadə haqqında videosu ilə kifayətlənməyib, cinsiyyət üzvü şəklində boyunbağısının şəklini paylaşıb və qəribə hekayələrini danışıb.
Qeyd edək ki, iyun ayında Netrebko və həyat yoldaşı, 47 yaşlı Azərbaycan opera müğənnisi Yusif Eyvazov 10 illik evlilikdən sonra boşanma qərarı verdiklərini açıqladılar. Cütlük qərarın səbəbi barədə bir söz deməsə də, şayiələrə görə onlar bir-birindən ayrı müxtəlif ölkələrdə çox zaman keçiriblər. Cütlüyün ortaq övladları yoxdur, lakin onlar Annanın əvvəlki münasibətlərindən olan oğlu Tiaqonu böyüdürdülər. Ayrılıqdan sonra Netrebko və Eyvazov dost qalıblar, həmçinin birlikdə çıxışlarına da davam edirlər.
Rəylər